Siyəzəndə 62 yaşlı qadın kanala düşdü

Hazırda oxunan: Siyəzəndə 62 yaşlı qadın kanala düşdü

117348

Taxtakörpü-Ceyranbatan su kanalına düşən şəxsin kimliyi bəlli olub.

Bizim.Media-nın Siyəzən rayon icra hakimiyyətindən əldə etdiyi məlumata görə, kanala düşən Siyəzən şəhər sakini, 62 yaşlı Nazilə Bürcəli qızı İsmayılovadır. 

Ailəsinin sözlərinə görə, qadın yanvarın 24-də Taxtakörpü-Ceyranbatan su kanalına düşüb.

Onun kanalın Şabran rayonunun Ağbaş kəndindən keçən hissəsində suya düşdüyü ehtimal edilir. FHN-nin dalğıc qrupu axtarışları davam etdirir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin