44 günlük Vətən müharibəsinin iştirakçısının veteranlıq statusu ala bilməməsini xəbər vermişdik. Goranboy rayonu Tatarlı kənd sakini İsmayıl Vilayət oğlu Məmmədlinin bildirdiyinə görə noyabr ayında məsələ ilə bağlı Müdafiə Nazirliyinə rəsmi məktubla müraciət edib.
Nazirlikdən isə ona bildirilib ki, veteranlıq statusunun verilməsi üçün xidmət etdiyi hərbi hissədən müvafiq sənədləri təqdim etməlidir. İsmayıl Məmmədlinin isə xidmət etdiyi hərbi hissə Laçında yerləşdiyi üçün sənədləri toplaya bilmir.
Məsələni araşdıran Müdafiə Nazirliyi Bizim.Media-ya açıqlamasında bildirib ki, vətəndaşın sənədlərində bəzi məlumatlar qeyd olunmadığından hərbi hissəyə sorğu göndərilib:
MÖVZU İLƏ BAĞLI:
İsmayıl Vilayət oğlu Məmmədli
“Sənədlər tamamlandıqdan sonra yenidən müvafiq komissiyaya təqdim ediləcək”.
Xatırladaq ki, İsmayıl Məmmədli 04.05.2020-ci il də həqiqi hərbi xidmətə çağırılıb və 05.10.2021 ci il tarixdə qayıdıb. 44 günlük müharibə ərəfəsində Füzuli, Xocavənd və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Laçının işğaldan azad edilməsi uğrunda medalla təltif edilib.
Alçina Amilqızı, Bizim.Media