Azərbaycanda 85 yaşlı nənəyə sənəddə "kişi" yazılıb.
Bizim.Media xəbər verir ki, bu barədə ATV telekanalı sujet hazırlayıb.
85 yaşlı Bilqeyis ana 2005-ci ildə şəxsiyyət vəsiqəsini yeniləmək üçün İmişli rayonunun polis bölməsinə müraciət edib.
Şəxsiyyət vəsiqəsi hazır olanda o, maraqlı və gülməli hadisə ilə qarşılaşıb. Əhmədova Bilqeyis Cəmil qızı yazılması əvəzinə sənəddə "oğlu" yazılıb. Nənə bildirib ki, hara gedirsə, ona "bu arvad kişidir" deyə gülürlər.
Nənə bildirir ki, ömür boyu heç qardaşı olmayıb. Bilqeyis nənənin oğlu bildirib ki, bu anasına illərdir ki, çətinlik yaradır. Banka pensiya üçün gedəndə və s. çətinlik yaşanır.
Məsələnin həlli üçün doğum haqqında şəhadətnamə tələb edilir ki, ailə də bunu bəzi səbəblərdən tapa bilmir. Bildirilir ki, nənə yaşlı olduğundan övladı da ona verilmiş doğum haqqında şəhadətnamənin nə zaman, kim tərəfindən verildiyini bilmir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, texniki xəta nəticəsində qeyd edilən məlumatlar artıq yenilənib.
Vətəndaşa yeni şəxsiyyət vəsiqəsinin verilməsi təmin olunacaq. Qeyd edək ki, nənə 17 il sənəddə kişi olaraq yaşayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:53 / 29.01.2023
Azərbaycanda olay: 85 yaşlı nənə kişi olaraq yaşayıb - VİDEO
Hazırda oxunan: Azərbaycanda olay: 85 yaşlı nənə kişi olaraq yaşayıb - VİDEO
Hazırda oxunan: Azərbaycanda olay: 85 yaşlı nənə kişi olaraq yaşayıb - VİDEO
117325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.