Paşinyan payıza kimi hakimiyyətdə qalsa... - Politoloq üçtərəfli son görüşdən danışdı

Hazırda oxunan: Paşinyan payıza kimi hakimiyyətdə qalsa... - Politoloq üçtərəfli son görüşdən danışdı

11728

Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin videoformatda görüşü keçirilib.

"Görüşdə tərəflər arasında bu ilin 10 yanvarında əldə edilmiş razılıqların icrası ilə bağlı məsələlər ətrafında muzakirələr aparılıb".

 

MÖVZU İLƏ BAĞLI:

127 gündən sonra cəsədi tapılan şəhidimiz dəfn edildi - FOTO


Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Elşən Manafov səsləndirib. Politoloq mümükün müzakirə predmətlərinə də toxunub:

"Əslində razılıqların icrası ilə əlaqədar baş nazirlərin muavinləri səviyyəsində keçirilən bu danışıqlarda işci qrupunun yaradılması və bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılması, humanitar xarakterli problemlərin həlli istiqamətində əməkdaşlığın davam etdirilməsi, genişlənməsi, hərbi əsirlərin dəyişdirilməsi və s. müzakirə obyekti olub".

Nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə əlaqədar razılaşdırılmış qərarların icrası istiqamətində atılacaq addımlar bölgədə tərəflər arasında etimadın artmasına xidmət edə biləcək.

 

Bunun regionda sülh və sabitliyin təmin olunmasında, təhlükəsizliyin bərqərar olmasında mühüm əhəmiyyət kəsb etdiyini hər iki tərəf, o cümlədən digər region dövlətləri gözəl başa düşürlər.


Elşən Musayev Azərbaycanın öz tərəfindən üzərinə götürdüyü öhdəliklərin həlli istiqamətində qəti və birmənalı addımlar atacağını vurğulayıb.

Qeyd edib ki,  mövcud münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həlli, habelə Moskva razılaşmalarının icrası istiqamətində atıla biləcək addımların səmərəsi və rentabelliyi isə daha çox Ermənistan tərəfinin sərgiləyəcəyi mövqedən asılı olacaq:

“Moskva razılaşmalarının icrası ilə bağlı məsuliyyət Paşinyan iqtidarının üzərinə düşür, o isə müharibədəki məğlubiyyətə görə onu günahlandıran Ermənistan müxalifətinin, habelə diasporunun ciddi pressinqi altındadır, əgər Paşinyan bu ilin payızına qədər bu təzyiq və təhdidlərə duruş gətirə bilsə, onda razılıqların icrası istiqamətində tərəflərin atacağı addımlar regionda dayanıqlı sülhün və sabitliyin bərqərar olmasına ciddi təsir edəcək, bundan ötrü isə Ermənistan iqtidarı erməni cəmiyyətini inandırmağa çalışmalıdır ki, İrəvan ətrafında iqtisadi blokadanın götürülməsi bu ölkənin batmaqda olan iqtisadiyyatını qurtarmaq üçün yeganə yoldur, hərçənd geopolitik durum da nəzərə alınmalıdır”.
 

Politoloq bildirib ki, əgər Ermənistanda millətçi və revanşist qüvvələr hakimiyyətə gəlsə, (Bu, Moskva tərəfindən nizamlanır və Paşinyana konstuktiv olacağı tərzdə verilən vəd var – red.) Moskva razılıqlarının icrası istiqamətində ermənilərin hər hansı addım atacaqları sual altında qalacaq.


Lakin millətçilər belə, Azərbaycanla novbəti muharibəyə getməyəcəklər, çunki Ermənistanın bu cür müharibəni aparmaq uçün nə gücü, nə də imkanları qalıb.

Putinin təbirincə desək, “Ermənistanın revanş göturmək istəyi intihara bərabər olacaq", - deyə Elşən Manafov siyasi dəyərləndirməsini yekunlaşdırıb.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin