Ağdamdakı Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından iki il keçir

Hazırda oxunan: Ağdamdakı Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından iki il keçir

117243

Bu gün Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından iki il keçir.

Bizim.Media xəbər verir ki, iki il bundan öncə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyası müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və Türkiyə Respublikası milli müdafiə nazirinin müavini  Yunus Emre Karaosmanoğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində inşa olunmuş Birgə Monitorinq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, Mərkəz Türkiyə Respublikası və Rusiya Federasiyası arasında 11 noyabr 2020-ci il tarixdə imzalanmış Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqqında Memorandumla yaradılıb.
Mərkəzdə türkiyəli və rusiyalı hərbçilərin sayı bərabər əsasla müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin