“Sosial gərginliyin artması psixoloji travmalara səbəb olur”x9d

Hazırda oxunan: “Sosial gərginliyin artması psixoloji travmalara səbəb olur”x9d

117198

Manatın sonuncu devalvasiyasından sonra ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşması, bəzi insanların bank borclarını verə bilməməsi ölkədə intiharların sayını artırmaqdadır.

Maraqlıdır, yaxın gələcəkdə sosial-iqtisadi durum yaxşılaşmazsa, bu, sosial sıxıntı və gərginlik səbəbi ilə meydana çıxan intiharların artmasına səbəb ola bilərmi? Ümumiyyətlə, sosial rifah şəraitinin qeyri-qənaətbəxşliyi insan psixologiyasını intihara necə, hansı şəkildə sürükləyir?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış psixoloq Vəfa Əkbər sosial gərginliyin psixoloji travmalara səbəb olduğunu vurğulayıb. Psioxloqun sözlərinə görə, insanlarda psixoloji gərginliyin azalması üçün onların düzgün qidalanması, sağlam yuxu rejiminə malik olması vacibdir:

“Sosial gərginliyin artması təbii ki, öz növbəsində müəyyən psixoloji travmalara səbəb olur. Nəzər almaq lazımdır ki, hər insanın sinir sistemi eyni səviyyədə, eyni möhkəmlikdə deyil. Bu səbəbdən də eyni vəziyyətdə hər kəs fərqli davranış sərgiləyir. Güclü insan çətin vəziyyət qarşısında mübarizə aparmaq, bu vəziyyətdən çıxmaq üçün səy göstərmək yolunu tutur. Zəif sinir sisteminə malik insanlar isə intihara təşəbbüs edir. İkinci kateqaoriya mənsub insanların cəmiyyətdə üstünlük təşkil etdiyi inkar edilmir.

Sosial gərginlik fonunda baş verən intihar və psixoloji travmaların sayının artıb-azalması iqtisadiyyatın durumundan, onun yaxın gəlcəkdəki inkişaf səviyyəsindən asılı olacaq. “Maslou piramidası”x9dna əsasən insanda qida, yuxu və s. tələbatların ödənilməsi vacibdir. Əgər bir insan doğru qidalanmayacaqsa, sinir pozuntusu həmin şəxsin yuxusuna haram qatacaqsa, təbii ki, yuxarı pillələr heç də özünü doğrultmayacaq. Biz psixoloq olaraq insanlarda psixoloji gərginliyin azaldılmasına çalışırıq. Amma bu bir həqiqətdir ki, gərginlyiin azalması üçün o insanın düzgün, lazımi səviyyədə qidalanması, sağlam yuxu yatması lazımdır. Əgər bunlar olmayacaqsa, bizim danışmağımız heç nəyi dəyişməyəcək”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin