Azərbaycanda malların gömrük dəyərinin müəyyən edilməsi sadələşdirilib.
Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi, "Gömrük tarifi haqqında" qanunda edilmiş dəyişikliyə əsasən Azərbaycanda bundan sonra malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı, gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir.
Bizim.Media xəbər verir ki, bəyannaməçinin gömrük orqanına təqdim etdiyi gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 gün müddətində gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti ilə əlaqədar olaraq təsdiq edilmədikdə, bəyannaməçi malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciətə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir.
Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:57 / 28.01.2023
Malların gömrük dəyərinin müəyyən edilməsi sadələşdirildi
Hazırda oxunan: Malların gömrük dəyərinin müəyyən edilməsi sadələşdirildi
Hazırda oxunan: Malların gömrük dəyərinin müəyyən edilməsi sadələşdirildi
117137
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.