Xaçmazın Xudat şəhərində möhtəşəm aqropark-loqistik mərkəz inşa olunur. Loqistik mərkəzdə iri tutumlu soyuducu anbarlar və avtomobil parkı tikilir.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, yeni tikilən aqropark 17 hektar sahəni əhatə edir. İnşaat işləri bir neçə ölkənin iş adamlarının iştirakı ilə həyata keçirilir.
Anbarlarda fermerlərin meyvə və tərəvəz məhsulları saxlanılmaq üçün qəbul ediləcək və buradan dəmir yolu, avtomobil vasitəsi ilə Rusiya və digər ölkələrə daşınması təmin ediləcək.
Aqropark istifadəyə veriləndən sonra burada 300 nəfərin işlə təmin olunacağı deyilir. Xudat şəhər sakinləri belə böyük obyektin inşası üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq edirlər.
Hazırda tikinti işləri davam edir. Ölkə iqtisadiyyatına böyük səmərə və xeyir verəcək aqroparkın istifadəyə veriləcəyi tarix hələ ki, açıqlanmır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 28.01.2023
Xudatda Azərbaycanın ən böyük aqroparkı inşa edilir - FOTO
Hazırda oxunan: Xudatda Azərbaycanın ən böyük aqroparkı inşa edilir - FOTO
Hazırda oxunan: Xudatda Azərbaycanın ən böyük aqroparkı inşa edilir - FOTO
117114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.