Elçin Alıoğlu: “Paşiniyanı ya dar ağacı, ya da mühacirət gözləyir”

Hazırda oxunan: Elçin Alıoğlu: “Paşiniyanı ya dar ağacı, ya da mühacirət gözləyir”

“Ermənistan xalqının düçar olduğu məğlubiyyət utancı Paşinyana baha başa gələcək, beləliklə, hakimiyyətdən getməsi qaçılmaz olacaq

1171

Bu fikirləri siyasi şərhçi Elçin Alıoğlu Bizim.Media-ya açıqlamasında bildirib:
“Vətəndaşların böyük əksəriyyəti bu müharibəni istəmirdi. Müharibə yalnız Ermənistan hakimiyyətinin Dağlıq Qarabağdakı terror xuntasına lazım idi, onlar buna çoxdan hazırlaşırdılar”.

Artıq ayrı-ayrı regionlarda Paşiniyan rejiminə qarşı etirazlar başlayıb. Heç kim bu mənasız müharibədə iştirak etmək istəmir. Elçin Alıoğlunun fikrincə, “ermənilər gördülər ki, heç bir aparıcı dövlət onlara dəstək vermir. Müharibə ölkənin təkcə cavanlarını deyil, iqtisadiyyatını da məhv edir. Erməni xalqı Paşiniyanın bu yanlışını bağışlamayacaq. Onu ya dar ağacı, ya da mühacirət gözləyir”.

Səkinə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin