Mixail Qorbaçovun 20 yanvar qırğını haqda etirafı: “Ən böyük səhvim idi"

Hazırda oxunan: Mixail Qorbaçovun 20 yanvar qırğını haqda etirafı: “Ən böyük səhvim idi"

117096

“Sovet hakimiyyəti bu hücumu Bakıdakı erməniləri təxliyyə etmək zərurəti ilə izah edirdi”x9d.

İyirmi Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar İndoneziyanın nüfuzlu “The Jakarta Post”x9d qəzetində məqalə dərc edilib.

“İşğalçı zülmə bəraət qazandırmağa cəhd etdiyində”x9d adlı məqalədə 1990-cı il yanvarın 20-də sovet ordusunun Azərbaycanın paytaxtı Bakıya yeridilməsindən, dinc sakinlərə tutduğu divandan bəhs edilir. Nəticədə 147 nəfərin öldürüldüyü, 638 insanın yaralandığı, 841 nəfərin qeyri-qanuni həbs edildiyi diqqətə çatdırılır. Yüzlərlə binanın və digər əmlakların dağıdılmasının həm dövlətə, həm də əhaliyə böyük maddi zərər vurduğu bildirilir.

Məqalədə vurğulanır ki, sovet hakimiyyəti bu hücumu guya Bakıdakı erməniləri təxliyyə etmək zərurəti ilə izah edirdi. Lakin bu, tamamilə yalan və işğala bəraət qazandırmaq üçün sadəcə olaraq bir bəhanə idi. Əsl məqsəd isə müstəqillik uğrunda milli hərəkatı və Azərbaycana ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərinə qarşı dinc etirazları yatırmaq idi.

Məqalənin sonunda SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun hadisələrlə bağlı 1995-ci aprelin 27-də İstanbulda etdiyi etirafdan sitat gətirilir:xa0

“Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”x9d.(azərtac)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin