Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib

Hazırda oxunan: Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib

117095

Qoşulmama Hərəkatının Gənclər Təşkilatı 27 yanvar 2023 tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu pisləyən bəyanat qəbul edib. 

Bu barədə Bizim.Media-ya təşkilatdan bildirilib. 

"27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı basqın olub. Hadisə nəticəsində səfirliyin əməkdaşlarından biri həlak olub və iki nəfər yaralanıb. 
Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı silahlı hücumu qətiyyətlə pisləyir, mərhumun ailə üzvlərinə və yaxınlarına və Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayır, hadisənin qərəzsiz və hərtərəfli araşdırılmasına və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsinə çağırır", - təşkilatdan bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin