Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında anestezioloq, reanimatoloq çatışmazlığı ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Bildirilib ki, xəstəxanada bu sahə üzrə iki həkim olduğuna görə, həkimlərdən biri işə çıxa bilmədiyi zaman bütün yük digər bir nəfərin çiyinlərində qalır. Şikayətçinin sözlərinə görə, xəstəxanada bu istiqamətdə həkim çatışmazlığı yaxın zamanda öz həllini tapmazsa, reanimasiya şöbəsi bağlanacaq.
Bu günlərdə xəstəxananın baş həkimi Elnur Azadxanov da jurnalistlərə açıqlamasında həkim çatışmazlığını təsdiqləyib.
Bəs sözügedən problemin həlli istiqamətində TƏBİB tərəfindən addımın atılması gözlənilirmi?
Bizim.Media Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) bununla bağlı sorğu göndərib. TƏBİB-dən bildirilib ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və anestezilogiya şöbəsi üzrə 6 ştat vahidi mövcuddur:
“Hazırda 2 nəfər (1-i şöbə müdiri olmaqla) tibb müəssisəsində fəaliyyət göstərir. Vakant yerlər üzrə isə kadrların cəlb olunması diqqətdə saxlanılır”.
Bildirilib ki, TƏBİB-in tabeli tibb müəssisələrində kadr çatışmazlığını aradan qaldırmaq və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində təşkil olunur:
“TƏBİB-in tabeli tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması üçün həkim-mütəxəssislərin işə qəbulu davam etdirilir. Kadr çatışmazlığının qeydə alındığı digər tibb müəssisələrdən ixtisaslı həkimlərin ezamiyəsi də mütəmadi olaraq təşkil olunur”.
Aləmdə Nəsib, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:30 / 28.01.2023
Cəlilabad xəstəxanasında anestezioloq, reanimatoloq çatışmazlığı həllini tapacaqmı? – TƏBİB-dən CAVAB
Hazırda oxunan: Cəlilabad xəstəxanasında anestezioloq, reanimatoloq çatışmazlığı həllini tapacaqmı? – TƏBİB-dən CAVAB
Hazırda oxunan: Cəlilabad xəstəxanasında anestezioloq, reanimatoloq çatışmazlığı həllini tapacaqmı? – TƏBİB-dən CAVAB
117040
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.