"Can Azərbaycanın İrandakı səfirliyinə təşkil olunan xain hücumu şiddətlə qınayıram".
Bizim.Media xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu tviterdə yazıb.
"Hücum nəticəsində şəhid olan mühafizə xidməti rəhbərinə Allah rəhmət eləsin. Onun ailəsinə, Azərbaycan xalqına başsağlığı verirəm. Allah yaralılara şəfa versin", - o bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinin binasına silahlı hücum edilib. Hadisə nəticəsində səfirliyin bir əməkdaşı ölüb, iki nəfər isə yaralanıb.
Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.
Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:41 / 27.01.2023
Şimali Kiprin XİN rəhbərindən Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı AÇIQLAMA
Hazırda oxunan: Şimali Kiprin XİN rəhbərindən Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı AÇIQLAMA
Hazırda oxunan: Şimali Kiprin XİN rəhbərindən Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı AÇIQLAMA
116932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.