"Ötən il Azərbaycanda intihar halları azalıb".
Bizim.Media xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.
Baş prokuror bildirib ki, 2021-ci illə müqayisədə hesabat dövründə baş vermiş intihar hadisələrinin sayında azalma müşahidə olunur:
“Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 46 cinayət işi başlanıb, onlardan 6-sı baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. 2021-ci ildə isə özünü öldürmə həddinə çatdırma ilə bağlı daha az cinayət işinin məhkəməyə göndərilib".
"Bu kimi halların minimuma endirilməsində Baş Prokurorluğun təşkilatçılığı ilə yaradılmış müvafiq qurumların nümayəndələrinin, həmçinin Baş Prokurorluğun əməkdaşlarının iştirak etdiyi İşçi qrupun həyata keçirdiyi tədbirlərin diqqət mərkəzində saxlanmasının önəmi bildirilib", - Baş prokuror vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:41 / 27.01.2023
Azərbaycanda intihar halları azalıb
Hazırda oxunan: Azərbaycanda intihar halları azalıb
Hazırda oxunan: Azərbaycanda intihar halları azalıb
116917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.