Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması vaxtilə doğma yurdlarından didərgin düşən soydaşlarımızın yenidən həmin ərazilərə qaydışına xidmət edir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Televiziyasının (AzTV) “AZTV Xəbər” informasiya proqramında doğma torpaqlarından didərgin olunaraq Naxçıvana pənah gətirmiş soydaşlarımızla bağlı maraqlı reportaj hazırlayıb.
Reportajda Qoruqlar kəndindəki hasara alınmış kiçik bir qəbristanlığın girişinə vurulmuş lövhədəki yazılara işarə edilir.
Lövhədə yazılıb:
“Ey yoldan ötənlər, bir anlıq ayaq saxlayın! Bu məzarlıqda yatanlar qaçqın düşən insanlardır. Zəngəzur mahalının Qafan bölgəsinin Oxçu, Şabadin, Buğacıq, Atqız, Pirdavdan kəndlərindəndirlər. 1918-ci ilin payızında Qapıcıqdan aşıb gəliblər. İndiki gənclər, qan yaddaşınıza yazın bunları!”
Süjetdə deportasiya qurbanları vaxtilə başına gətirilən müsibətləri sənədlərlə, fotofaktlarla anladırlar.
Ətraflı reportajdan izləyə bilərsiniz:
Bizim.Media