Bu ilin ötən dövrü ərzində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib.
Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, növbəti meşəbərpa tədbirləri bu gün Sabirabad, Şəki, Qəbələ, Tovuz, Şamaxı, Ağcabədi rayonlarının meşə fondu torpaqlarında aparılıb.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə gün ərzində sözügedən rayonların meşə fondu torpaqlarında 6660 ədəd müxtəlif növ ağac tingi əkilib:
"Bu ilin ötən dövrü ərzində Şəki, Qəbələ, Quba, Tovuz, Bərdə, Şamaxı, Şabran, Ağcabədi, Sabirabad, Masallı və Lənkəran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində 100 mindən çox ağac tingi əkilib, 5 tondan çox toxum səpilib".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
02:23 / 27.01.2023
Meşə fondu torpaqlarında 100 mindən çox ağac əkildi
Hazırda oxunan: Meşə fondu torpaqlarında 100 mindən çox ağac əkildi
Hazırda oxunan: Meşə fondu torpaqlarında 100 mindən çox ağac əkildi
116880
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.