Saxta “Sarıkız” içkisi ilə bağlı FABRİKDƏN AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Saxta “Sarıkız” içkisi ilə bağlı FABRİKDƏN AÇIQLAMA - VİDEO

116839

Araz supermarketindən alış-veriş edən istehlakçı “Sarıkız” içkisinin saxta olmasından şübhələnib. Belə ki, o bu barədə özünün sosial media hesabından paylaşım edərək eyni qablaşdırmadakı eyni tərkibli məhsulun fərqli rənglərdə və fərqli həcmlərdə olduğunu yazıb. 

Bizim.Media-nın əməkdaşı sözügedən məhsulu marketə paylayan “Veysəloğlu” MMC ilə əlaqə saxlayıb.

Şikrətin Korporativ Kommunikasiyalar şöbəsinin müdiri Aynur Həsənzadə Sarıkız markasının 200 ml-lik Extra Qəhvə içkisinin iki müxtəlif formada qablaşdırılması və rəng fərqi ilə bağlı açıqlamasında bildirib ki, “Sarıkız Doğal Kaynak Suları” fabriki ilə əlaqə saxlanılıb və birbaşa onların özündən bu barədə açıqlama alınıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Marketlərdə SAXTA MƏHSULLAR tüğyan edir – Məsuliyyəti kim daşıyır? 


​​​​​​​Cavabda qeyd olunub ki, davamlı təkmilləşmə və yenilik şüarı altında yeni bir məhsul təqdim etmək üçün 2022-ci ilin iyun ayında 200 ml-lik Extra Qəhvə məhsulunun reseptində rəngləndirici kimi istifadə edilən karamel xammalına dəyişiklik edilib və müştərilərə təqdim olunub:

“Lakin daha sonra müştərilərimizdən aldığımız tələblərə uyğun olaraq daha öncə istifadə etdiyimiz Extra Qəhvə içkisinin reseptinə və reseptdəki karamel xammalına qayıdaraq istehsalımızı davam etdiririk”.

Fabrikdən verilən açıqlamaya görə, bu dəyişiklik səbəbilə məhsullar arasındakı rəng fərqinin insan sağlamlığına zərər verməsi qətiyyən mümkün deyil: 

“Hər iki məhsul Sarıkız brendi altında istehsal olunub və illərdir sevilərək istehlak edilir.”

Aləmdə Nəsib, Bizim.Media 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin