“Elmlər Akademiyamız var, ancaq "Made in Azerbaijan" sözünə rast gəlinmir”x9d

Hazırda oxunan: “Elmlər Akademiyamız var, ancaq "Made in Azerbaijan" sözünə rast gəlinmir”x9d

116805
Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov son günlər prezident İlham Əliyev tərəfindən ölkənin bütün sferalarında struktur islahatlarına gedilməsinin zəruriliyi çağırışlaına cavab verərək AMEA sistemində də bəzi ixtisarların labüdlüyünə diqqət yönəldib:

"Dəqiq elm sahələrində çoxlu dəyərli alimlərimiz var ki, onların yazdığı məqalələr heç zaman (texnoloji gerilik səbəbindən) bizdə tətbiq tapmayacaq. Amma nəticələr bəşəri elmə töhvədir. Bizim elmdən gözlədiyimiz fayda bizə yox, başqa ölkələrə nəsib olur. Ancaq pulun biz ödəyirik. Cəfasını biz, səfasını çox vaxt dost olmayan dövlətlər çəkir. Bu haqda fikirləşmək lazımdırmı? Nə etmək? Müzakirəyə ehtiyac var. Məncə elmimizin məqsədi dövlətə, millətə xidmət olmalıdır. Elmlər Akademiyamız var, ancaq üzərində "Made in Azerbaijan" sözü yazılmış elmi tutumlu məhsula rast gəlinmir. Göydə ulduz axtaraq, yoxsa yerdə iqtisadiyyatımıza dayaq olan temaları araşdıraq? Misal üçün dəqiq elmlərin tədrisi metodikasını dərindən araşdırsaq və gənclərimiz fizikanı, kimyanı, biologiyanı dərindən mənimsəsələr, texnoloji geriliyimiz tez aradan qalxar. Bizim üçün fayda gətirməyən elmi mövzulara STOP deməyin vaxtı hələ çatmayıbmı?"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin