"MilliÖN”dən əlavə 1 manat ödənişi ilə bağlı daha bir açıqlama

Hazırda oxunan: "MilliÖN”dən əlavə 1 manat ödənişi ilə bağlı daha bir açıqlama

11679

“MilliÖN” ödəmə terminalları elektrik enerjisi ödənişlərinə dair yayılan məlumatlara aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, fevralın 10-dan etibarən “MilliÖN” ödəniş terminalları şəbəkəsində “Azərişıq” ASC-nin qeyri-əhali abunəçi qrupu üzrə elektrik enerjisi sərfiyyatı ödənişi məbləğdən əlavə olaraq 1 AZN ödəniş xidmət haqqı tətbiq edilir:

 

MÖVZU İLƏ BAĞLI:

“”Milliön”ün 1 manat tələbi qeyri-qanunidir” - QALMAQAL


“Əlavə olaraq vurğulayırıq ki, bu qrupa kafe, restoran, mağaza, fabrik, zavod və s. tipli istehsal, kommersiya, xidmət və s. təyinatlı obyektlər aiddir".

"Əhalinin qrupu üzrə elektrik enerjisi sərfiyyatına görə ödənişlərdən isə, əvvəllər olduğu kimi, heç bir xidmət haqqı tutulmur. Əhali qrupu ödənişləri əvvəlki qaydada, heç bir əlavə komissiya olmadan davam etdirilə bilər”.

Əlavə olunub ki, xidmət haqqı “Azərişıq” ASC tərəfindən deyil, “MilliÖN tərəfindən tətbiq edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin