Alimlərin saytının və “Azərbaycan Bilimi”x9d Elektron Jurnalının təsisinə qərar verildi

Hazırda oxunan: Alimlərin saytının və “Azərbaycan Bilimi”x9d Elektron Jurnalının təsisinə qərar verildi

116786
Bu gün Azərbaycan Alimlər Birliyinin (AAB) Yönətim Qurulunun İşçi Toplantısı keçirilib. Alimlər Birliyinin İşçi Toplantısında Yadigar Türkel, Qədim Kərimoğlu, Həsən Qəniyev, Paşa Həsənli, Alı Balayev, Əzizağa Ələkbərov, Faiq Qəzənfəroğlu, Dilavər Əzimli, Yasamən Qaraqoyunlu və başqaları iştirak ediblər. Toplantını açan AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmlər doktoru Yadigar Türkel bildirib ki, gündəlikdə AAB-yə yeni yazılmaq istəyənlərin, Birliyin saytının yaradılması, “Azərbaycan Bilimi”x9d Elektron Jurnalının təsisi və bir bildirişinin müzakirəsi məsələləri var. Öncə, AAB-yə yeni üzvlər Qafar Çaxmaqlı, Mərziyyə Nəcəfova, Fəqan Yaqubov və başqaları bir səslə elmi birliyin tərkibinə qatıldılar. xa0Daha sonra Yönətim Qurulu AAB-nin saytının və saytda “Azərbaycan Bilimi”x9d Elektron Jurnalının yaradılması məsələsini müzakirə edib. Yönətim Qurulu qərara gəlib ki, “Azərbaycan Bilimi”x9d Elektron Jurnalının baş redaktoru AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Qəzənfəroğlu, redaktoru isə Sərdar Mahmudov təyin olunsun. Yurnalın redaksiya heyətinə isə Qədim Kərimoğlu, Əzizağa Ələkbərov, Dilavər Əzimli və Xeyirbəy Qasımov daxil edildilər.xa0
Yönətim Qurulu toplantının sonunda Azərbaycan Alimlər Birliyinin bir bildirişini də müzakirə edərək qəbul edib.xa0

AAB-nin həmin bildirişini olduğu kimi təqdim edirik.

Azərbaycan Alimlər Birliyinin Bildirişi

Azərbaycan Respublikası 1980-ci illərin sonu, 1990-cı illərin birinci yarısındakı sosial-ekonomik çətinlikləri aşıb, bəlli bir surətlə irəliləyirdi. Bu illərdə Azərbaycan elmi də üstünə düşən görəvi gərəyincə yerinə yetirmişdir. Son çağlarda geopolitik, ideoloji savaşların dünyanın bir çox yerində törətdiyi ekonomik durğunluq Azərbaycan pulu-manatını da dəyərdən salıb, 160-400 manat maaş alan elmi işçlərin durumunu çox ağırlaşdırmışdır.
Azərbaycan Alimlər Birliyi buna görə Azərbaycan Respublikası Hökumətindən AMEA-nın yönətimində köklü demokratik dəyişikliklər edilməsini, AMEA alimlərin sosila durumunun yaxşılaşdırılması üçün gərəkən işlərin görülməsini istəyir.xa0
Azərbaycan Alimlər Birliyi buna görə Azərbaycan Hökumətinin Bildirişdə irəli sürülən istəklərə olumlu yanaşacağını, yaxın dönəmdə onları bəlli bir Dövlət proqramı ilə çözəcəyini düşünür.

Azərbaycan Alimlər Birliyinin Yönətim Qurulu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin