Təbiətin Xınalığa QURAQLIQ SÜRPRİZİ - FOTO

Hazırda oxunan: Təbiətin Xınalığa QURAQLIQ SÜRPRİZİ - FOTO

116782

"Bu qış ölkədə quraqlıq mövsümünün qeydə alınması Xınalıqdan Şirvan zonasına qışlağa gedən maldarları kəndə qaytarıb. 40 nəfər maldarlıqla məşğul olan sakin Hacıqabul-Şirvan zonasında qışlaqlara getməyib. Buna həmin rayonlarda da quraqlığın hökm sürməsi səbəb olub". 

Bu məlumatı Bizim.Media-ya Quba IH başçısının Xınalıq İƏD üzrə nümayəndəsi Nəsimi Məmmədov deyib.

Onun sözlərinə görə, təəssüf ki, hazırda Xınalığın özündə də quraq hava müşahidə edilir.

Kənddə və ətraf yaşayış məntəqələrində yalnız şaxtalı hava qeydə alınır. Bu quraqlıq isə indidən torpağı cadar-cadar edib.

Xınalıqda şaxtalı havanın çox olması nəticəsində bulaqların da donduğunu deyən icra nümayəndəsi bildirdi ki, görülən tədbirlər nəticəsində içməli su sarıdan problem yaranmasına imkan verilməyib və bulaqların tam donmasının qarşısı alınıb.
Onun sözlərinə görə, Xınalıqda cəmi 5-10 hektar suvarılan torpaq sahəsi var, əsas sahələr dəmyə torpaqlardır. Yaz aylarında da quraqlıq davam edərsə, maldarlıqla və əkinçiliklə məşğul olan sakinlərə əlavə çətinlik yarana bilər.

Güclü qar yağanda yolu qardan təmizləyən yol işçiləri də indi şaxtalı hava nəticəsində donan yolları nəzarətdə saxlayır.

Quba 5 saylı yol-istismar idarəsinin sahə rəisi Bilal Sultanov deyir ki, havanın şaxtalı keçməsi Quba-Xınalıq yolunun yamacında donan qrunt sularının yola axmaması üçün tədbirlər görülür.

Onun sözlərinə görə, hazırda Quba-Xınalıq yolunun 38-ci km-dən yuxarı hissələrində qar yoxdur, bu gün 42-ci km-dən Xınalıq istiqamətində yolun buzdan təmizlənməsi təmin edilib.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin