Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bazar tipli ticarət mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib.
AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, tədbirin təşkil olunmasında məqsəd bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” qanundan irəli gələn tələbləri bazar tipli ticarət mərkəzləri rəhbərlərinin diqqətinə çatdırmaq, eyni zamanda onların fəaliyyətinin təkmilləşdirilməsinə və nəticədə bazarlarda təhlükəsiz qida məhsullarının satışının təmin edilməsinə nail olmaqdan ibarətdir.
Görüşdə çıxış edən AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov bildirib ki, bazar tipli ticarət mərkəzlərinin fəaliyyəti “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun qurulmalıdır. Belə ki, bazar tipli ticarət mərkəzlərində sanitar-texniki və sanitar gigiyenik tələblərə tam əməl olunmalı, bu sahədəki çatışmazlıqlar aradan qaldırılmalıdır.
Həmçinin, ət və ət məhsullarının satışı sahəsində ciddi dəyişikliklər edilməlidir. Qanunvericiliyə uyğun olaraq, bu məhsullar baytarlıq ekspertizasından keçirilməli və yalnız vitrinlərdə satılmalıdır.
Eləcə də, bazarlarda satışa çıxarılan süd və süd məhsulları qablaşdırılmalı, markalanmalı və məhsulların istehsal olunduğu təsərrüfat barədə AQTA-nın regional bölməsi məlumatlandırılmalıdır.
Bundan sonra həmin təsərrüfatda monitorinqlər aparılmalı, təsərrüfat qeydiyyata alınmalı və orada istehsal olunan məhsulun bazarda satışına icazə verilməlidir.
Eyni zamanda, balıq və balıq məhsullarının satışı da qanunvericiliyin tələbləri əsasında həyata keçirilməlidir. Bazar tipli ticarət mərkəzlərində çalışan və obliqat qrupa daxil olan əməkdaşlar da tibbi müayinədən keçirilməlidirlər.
Tədbirdə vurğulanıb ki, qida məhsullarının qanunvericiliyə uyğun satışının təmin olunması üçün bazar tipli ticarət mərkəzlərinin rəhbərləri müvafiq infrastruktur yaratmalıdırlar. Bu sahədə uyğunsuzluqlar aşkarlanacağı təqdirdə, buna görə bazar tipli ticarət mərkəzlərinin rəhbərləri məsuliyyət daşıyacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:11 / 26.01.2023
Ticarət mərkəzlərində çalışan əməkdaşlar tibbi müayinədən keçirilməlidir – RƏSMİ
Hazırda oxunan: Ticarət mərkəzlərində çalışan əməkdaşlar tibbi müayinədən keçirilməlidir – RƏSMİ
Hazırda oxunan: Ticarət mərkəzlərində çalışan əməkdaşlar tibbi müayinədən keçirilməlidir – RƏSMİ
116756
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.