Vahid miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edildi

Hazırda oxunan: Vahid miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edildi

11675

Dövlət Miqrasiya Xidməti (DMX) Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması haqqında məlumatları DMX-nin vahid miqrasiya məlumat sisteminə daxil edəcək.

 

MÖVZU İLƏ BAĞLI:

Ötən il 409 nəfər Azərbaycan vətəndaşlığı alıb


Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Fərmanda əksini tapıb.

Eyni zamanda DMX-nin vahid miqrasiya məlumat sistemi tərəfindən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması haqqında məlumatlar "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin