Bakıda xəstəxanada DƏHŞƏT - Tibbi spirtlə özünü yandırdı

Hazırda oxunan: Bakıda xəstəxanada DƏHŞƏT - Tibbi spirtlə özünü yandırdı

116719

Bakıda xəstəxanada intihara cəhd hadisəsi olub.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 25-i saat 16 radələrində Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 16 ünvanında yerləşən Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 2-ci mərtəbəsində qeydə alınıb.

31 yaşlı Salamzadə Hikmət Natiq oğlu tibbi spirti üzərinə tökərək özünü yandırıb. Nəticədə almış olduğu xəsarətlərdən “Nərimanov Tibb Mərkəzi”-nin Yanıq şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, H. Salamzadə qazidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin