“Xocalı abidəsi” ziyarətə hazırdır – Qərarı Operativ Qərargah verəcək

Hazırda oxunan: “Xocalı abidəsi” ziyarətə hazırdır – Qərarı Operativ Qərargah verəcək

11671

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının 29-cu ildönümünə sayılı günlər qalıb.

Hər il Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılan “Ana harayı” abidəsinə ziyarətlər təşkil olunur. Pandemiya səbəbindən anım tədbirinin və ziyarətlərin təşkili qaydaları hələki açıqlanmayıb.

 

MÖVZU İLƏ BAĞLI:

İsraildə erməni terrorunun qurbanları yad edilib


Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov Bizim.Media-ya açıqlamasında anım tədbirinin keçirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözlədiklərini deyib:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın rəyinə əsasən addım atılacaq. Qurum nə qərar verəcəksə, o da icra ediləcək”, deyə İsrafil Kərimov əlavə edib. 

Xətai Rayon icra Hakimiyyətindən isə ildönüm qabağı rayonda, eləcə də “Ana harayı” abidəsinin ətrafında xüsusi abadlıq işlərinin aparıldığı qeyd olunub:

“Genişmiqyaslı tədbir və ya ziyarətin təşkil olnacağını isə bilmirik. Bu barədə hələki bizə məlumat verilməyib”.  

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin