Şəkidə ər həyat yoldaşını bıçaqlayıb daha sonra özünə xəsarət yetirib. Nuriyevlər ailəsində baş verən münaqişə zəmnində ər və arvad bir-birinə bıçaqla xəsarət yetiriblər.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov təsdiqləyib.
Bildirilir ki, şəhər sakinləri Xaqani Nuriyev və həyat yoldaşı Günəş Nuriyeva arasında şəxsi münasibətlər zəmnində baş verən mübahisə hər ikisinin xəsarət alması ilə nəticələnib.
Belə ki, mübahisə zamanı Xaqani Nuriyev həyat yoldaşının boğaz nahiyəsinə bıçaqla cüzi xəsarət yetirib. Daha sonra Xəqani bıçaqla özünə də xəsarət yetirib.
Baş verən hadisədən sonra ərlə-arvad yaxınlarının köməyi ilə xəstəxanaya yerləşdirilib. Xaqaninin üzərində cərrahi əməliyyat aparılıb. Qadının xəsarətləri yüngül olduğundan ona ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Faktla bağlı Şəki rayon polis şöbəsində araşdırma başlanılıb, məhkəmə - tibbi ekspertizası təyin olunub.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
00:22 / 26.01.2023
Şəkidə ər arvadını bıçaqladı, sonra isə…
Hazırda oxunan: Şəkidə ər arvadını bıçaqladı, sonra isə…
Hazırda oxunan: Şəkidə ər arvadını bıçaqladı, sonra isə…
116688
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.