Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr TƏYİNATI 

Hazırda oxunan: Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr TƏYİNATI 

116665

Naxçıvan Muxtar Respublikası MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunub. 

Bizim.Media xəbər verir ki, İlqar Hacıbala oğlu Sadiqov Komitəyə sədr təyin edilib. 

Bu gün İ.Sadiqovu kollektivə Naxçıvan MR-da Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov təqdim ediblər. 

Təqdimat zamanı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti geniş təhlil olunub, buraxılan nöqsanlara diqqət çəkilib, bundan sonrakı fəaliyyət üzrə müvafiq tapşırıqlar verilib. 
Qeyd edək ki, İ.Sadiqov bu təyinatadək Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin