Qaxda 14 yaşlı qız dəm qazından zəhərlənib.
Qax şəhər Üzeyir Hacıbəyov küçəsində yaşayan Rəksanə Məmmədli Bəhruz qızı zəhərlənmə əlamətləri ilə Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Həkim müayinəsi və araşdırması zamanı onun dəm qazından zəhərləndiyi məlum olub.
Xəstəyə ilkin tibbi yardım göstərilib və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti stabilləşən Rəksanə ambulator müalicə almaq şərti ilə evə buraxılıb.(Region TV)


































































































