Nazir müavini: "Əmək haqları artırılacaq"

Hazırda oxunan: Nazir müavini: "Əmək haqları artırılacaq"

116656
Yaxın günlərdə digər sosial ödənişlərin, o cümlədən əmək haqlarının artırılması barədə ardıcıl şəkildə müvafiq fərman və sərəncamların imzalanması, qərarların qəbul olunması, nəticə etibarilə ümumilikdə 3 milyon 600 min nəfəri əhatə edən sosial ödənişlərin artırılması nəzərdə tutulub.xa0

Moderator.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, birinci qrup əlillərin pensiyalarına da daha əhəmiyyətli dərəcədə artımlar ediləcək: "Artımın maliyyələşdirilməsinə ilin sonunadək 140,8 milyon manat əlavə büdcə vəsaiti sərf olunacaq. Bu sərəncamla 1 mln. 271 min nəfər əmək pensiyaçısının pensiyasının baza hissəsi və ona qanunvericiliklə müəyyən edilən əlavələr 10 faiz artırılacaq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin