Patriotizm vətənə, xalqa və dövlətə sevgidir...

Hazırda oxunan: Patriotizm vətənə, xalqa və dövlətə sevgidir...

116644
Vətən uğrunda döyüşənlərin və şəhid olanların unudulmaz  xatirəsinə...

Hər birimiz üçün Vətən ana qədər doğma və mehribandır. Biz onun  ərköyün balası. İzn versə, sərhəd boyu başına dolanar, addım, addım hər daşına üz qoyar,dağlarını, dərələrini meşələrini aşıbbulaqlarından bir ovuc su içər,çaylarından çırmalanıb keçərik.Uşaqlığımız, ərköyünlüyümüz yadımıza düşər,evdən, eşikdən qaçaq düşdüyümüz  günləri xatırlayarıq...
Bilmədim hardan başladın...
Qəlbinə kim dəydi, səni kim incitdi, vətən! Vaxt, vədə yetişəndə “vətəni müdafiə”x9d vəzifəsinətərəddüd etmədən baş əyməliyik, yağı düşmənlə döyüşə yollanmağa hazır olmalıyıq. Vətən savaşına. Bu, hərbirimizin uşaqlıq arzusudur. Mən də, 1992-ci ilin May ayının 12-ci günündəVətən, səni qorumağa gəldim.  Şuşa işğal olunmuşdu... Səni bağrıma basa bilmədim. Sonra Xocalı giryan oldu...
Şəhidlərimiz də, itirdiyimiz də çox. Müharibə də hələ çox çəkəcək. Nə qədər ki, düşmən tərəfin “komandanı”x9d cəzasını almayıbdöyüş davam edəcək. Vətənin oğul dərdi, oğulun vətən dərdi var. Hərənin öz dərdi, ocağın da köz dərdi var, Vətən! Müharibə bitməyib, döyüşən əsgərlərin həyatı isə bəzən tez bitir... Heybələrindəkiçörək nakam bələklərə qoyulur.
Vətən ocaqdı, doğma ocaq. Ondan ötrü canı fəda etmək qəhrəmanlıqdı.Gülləbaran olan sərhəddini, güllələnmiş “Üzeyiri”x9d, “Xan qızını”x9d, “Vaqifi”x9d ”“görəndə özünü saxlaya bilmədin. Balalarına görə ağladın, sızıldadın, öz ömründən ömrümüzə caladın, Anam Vətən! Biz qoruya bilmədik səni. Sənə yönələn qəsdlərə imza atdıq. İntiharımıza imza ata bilmədik.Qıymadın, qoymadın...
Vətənə bağlılıq hər bir vətəndaşın şərəfi, ləyaqəti və mədəniyyətinə xas cəhətlərin qorunub saxlanılmasıdır. Vətən marağının müdafiəsinə səy göstərmək, şəhid olmaq borcdur, vətən borcu. Vətənpərvərlik-patriotizm cəmiyyətin istənilən mərhələsində ictimai şüurun tərkib hissəsi kimi ümummilli inkişafı özündə əks etdirir. 
Patriotizm vətənə məhəbbətdə, onun yolunda fəda olmaqda ifadə olunur. Dövlət patriotizmi-dövlətə məhəbbət; imperiya patriotizmi ”“imperiyaya və onun hakimiyyətinə sevgi (loyallıq); Ultrapatriotizm ”“Vətənə hədsiz sevgi və etnik patriotizm ”“ şəxslərin milli azlığına sevgisi kimi anlaşılmışdır. 
Antik cəmiyyətlərdə patria (“Vətən”x9d) termini doğma şəhərə və dövlətinə məhəbbətdə yozulurdu. Yunanlarda patriotizm ruhu yunan-fars müharibəsi  dövrlərində formalaşmışdı və sonralar roma yazıçılarının əsərlərində imperiyanın başlanğıc mərhələsində, İtalyanpatriotizmi müxtəlif formada təzahür etdi. Lakin belə yanaşmalar bəzi qədim yunan filosofları tərəfindən birmənalı qarşılanmamışdır. Məs: Diogen ilk olaraq özünü kosmopolit “dünyanın vətəndaşı”x9d- deyə adlandırırdı. İmperatorun rəhbərliyi altında birliyini qorumaq üçün ümumimperiyaya pərəstişin formalaşdırılmasına və imperatoru ilahiləşdirməyə çalışırdılar. Amerika və Fransız burjua inqilabları dövrlərində patriotizm “millətçilik”x9d anlayışı ilə əvəzləndi. Həmin ərəfədə “patriot”x9d anlayışı “inqilabçı”x9d anlayışının sinoniminə çevrildi.
Tədricən “patriotizm”x9d “kosmopolitizmə”x9d qarşı qoyuldu. Stalinin hakimiyyəti dövründə “kosmopolit”x9d vecsiz bir məfhum kimi “sıxışdırıldı”x9d. Patriotizm Vətənə və Dövlətə məhəbbət kimi dəyərləndirildi. Bəzi Avropa alimləri patriotizmi eqoizmdən faydalı hesab edərək fərdə xas əlamət kimi qəbul edirdilər. Lakin ümumi “qardaşlıq”x9d məhəbbəti patriotizmdən üstündür. Filosoflardan İ.Kant və M.Ridelə görə patriotizmlə kosmopolitizm bir-birilərinə qarşı deyillər, mahiyyətcə eynidirlər. 
Yer üzünün hər bir sakini dünya vətəndaşı kimi dünyaya və vətənə bağlıdırlar. Ona görə də, onlar həm də,  kosmopolitdirlər, vətəninə bağlıdırlar. Patriotizm. Bu hiss xalq arasında ona görə baş qaldırır ki, hər bir insan ölkənin taleyinə biganə qalmasın, onun inkişafına məsuliyyət daşısın, töhfə versin, patriot olmadan belə məsuliyyətin yaranması mümkün deyil. “Əgər xalqım haqqında düşünmürəmsə, deməli evim yoxdur, köküm də olmayıb”x9dzərb məsəli əbəs yerə yaranmayıb. Bu baxımdan ev varsa, komfort da var, bu, həm də orada qayda yaratmaq, həmin evdə doğulan uşaqların qayğısına qalmaq məsuliyyəti deməkdir. İnsan patriot deyilsə, mənaca ölkəsi və vətəni də yoxdur. “Dünya adamı”x9d da -evsiz adam, harda gəldi, orada yaşa və s.mənanı verir.
Rəvayət edirlər ki, gənc oğul doğma evi tərk edərək çıxıb gedir, bir müddət sonra yenidən qayıdır. Ata onu qəbul edir və bağışlayır,məhəbbətlə onu evə buraxır. Mənaca belə təəssürat bağışlayır ki, dəliqanlı oğul evdən çıxıb dünyanı bir qədər gəzdikdən sonra yenidən doğma yuvasına qayıtmağa məcbur olur. Yəni insan üçün doğmalarının ruhları və kökü olan yerdən kənarda yaşamaq çətindir, bəlkə də mümkün deyil... Vətəndən ayrı yaşamaq çətin, çətin... Allah, vətən şirindir, şirin. Dünya meyli, məzəli, vətən çiçəkli diyar, biz isə o çiçəklərin arısı...
Mənə elə gəlir ki, hər bir kəsin vətəninə, xalqına və dövlətinə olan sevgi hissi bizi yaradan Allaha olan sevgisi qədər, ona bərabər olmalıdır. Yaşadığımız həyatda Allaha olan sevgimizi bəzən “saxtalaşdırırıq”x9d, şişirdirik. Allah keçsin günahımızdan. 
Burada bir məqam da var. Patriotizm hissini digər xalqlara və yaxud etnik-azsaylı xalqlara qarşı düşmənçiliyə çevirmək də çox təhlükəlidir. Səmavi kitabların dili ilə səsləndirsək: “Özünə rəva görmədiyini başqasın da arzulama”x9d. 
Bəzi xristian din xadimlərinin təbirinə görə (Dimitriy Talantsev) patriotizm vətəni Allahın yerinə qoymaqdır. Bu, həqiqətdən (haqqdan) kənara çəkilib şər qüvvələrə xidmət etmək, şeytanın tərəfində durmaqdır. Bir-birimizi sevmək, vətən yolunda şəhid olmaq, Allaha sevgidən, Ona boyun əyməkdən keçir. 
Biz onu sevək ki, O, da bizi sevsin. “ Yerdəkilər bir-birilərinə hörmət etməsələr, göydəkilər də bizə rəhm etməz.”x9d 
Lev Tolstoy da öz dövründə hesab edirdi ki, patriotizm hissi “kobud, zərərli, ayıb və dəlilikdir, ən başlıcası əxlaqsızlıqdır”x9d Tolstoyun nəzərində patriotizm müharibəyə çağırışdır və dövlətin dayaqlarına ziyan vurur.  Bu, onun fikridir.
Çikaqo Universitetinin professorlarından biri qeyd edir ki, əgər patriotizm xeyirxahlıqdırsa, vətən uğrunda döyüşənlərin hər iki tərəfi “xeyirxahlıqdan”x9d bir-birilərini öldürürlər. Amma,səmavi kitablar axı, xeyirxahlığa görə öldürməyi qadağan edir. 
1917-ci ildən başlayaraq patriotizm sərt şəkildə neqativ xarakter daşımağa başladı. “Patriot”x9d, “burjua”x9d anlayışı ilə əvəzləndi. Bəzi əsərlərdə də patriotik baxışlar tənqidə məruz qaldı. Proletariat dövlətinin yaradılması ərəfəsində patriotizm maneəyə çevrildi. Həqiqi patriotizm sinfi (proletariat) və ya beynəlmiləl patriotizmdir  -fikirləri qəbul edildi və patriotizm proletariatın vahidliyi kimi öz təsdiqini tapdı. Milli patriotizm dünya inqilablarının işinə zərərli və düşmənçilikdir. Zənnimcə evə, köhnə dostlara, və tanışlara, ölkənin keçmişinə, adət ənənələrə və millətinə, dövlətinə, vətənə sevgi üçün patriotizm hədsiz olmalıdır. 

.Şəmsəddin Əliyev
Hüquqşünas ”“ publisist

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin