Vətəndaşlar ən çox hansı kardioloji xəstəliklərdən əziyyət çəkir?

Hazırda oxunan: Vətəndaşlar ən çox hansı kardioloji xəstəliklərdən əziyyət çəkir?

116628

Vətəndaşlar son zamanlarda ən çox anadangəlmə və ya sonradan qazanılmış ürək qüsurları, ürəyin işemik xəstəlikləri  barədə şikayətlərlə müraciət edirlər.

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı, həkim-kardioloq Sevinc Nəsirova deyib. 

O bildirib ki, kardioloji xəstəliklərlə bağlı müxtəlif şikayətlərlə müraciət edənlər var. Onlar arasında ən çox yayılan xəstəliklərə isə anadangəlmə və ya sonradan qazanılmış ürək qüsurları, ürəyin işemik xəstəlikləri - ürək çatışmazlığı, arritmiyalar, stenokardiyalar, miokard infarktı və s. daxildir. 

Sevinc Nəsirova həmçinin qeyd edib ki, vətəndaşlar TƏBİB-in tabeliyində olan istənilən dövlət müəssisəsinə birbaşa müraciət edə bilərlər:

"Vətəndaşlar rayonlarda, şəhərdən kənar yerlərdə ailə, sahə həkimlərinə müraciət edə bilərlər. Həmin müəssisədə kardioloq olmasa, terapevtə müraciət edə və ehtiyac olduğu təqdirdə terapevt ixtisaslaşmış müayinə və müalicə üçün dövlət tibb müəssisələrinə göndərişsiz də göndərilə bilərlər. Sonrakı mərhələdə ehtiyac olduğu təqdirdə göndərişlə İcbari Tibbi Sığortanın müqaviləli olduğu özəl tibb müəssisələrinə də göndərilə bilərlər". 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin