Qarabağda sahibkarlara kredit üçün dövlət zəmanəti təmin ediləcək

Hazırda oxunan: Qarabağda sahibkarlara kredit üçün dövlət zəmanəti təmin ediləcək

116611

İşğaldan azad edilmiş ərazilərdə investisiya fəaliyyəti həyata keçirəcək sahibkarlıq subyektləri 500 mln. manat kommersiya kreditinə 450 mln. manatadək dövlət zəmanətinin təmin edilməsi nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev bu gün keçirilən mətbuat konfransında bildirib.

"Bu məbləğ üçün maksimum hesablanmış subsidiya məbləği 150 mln manatadək olacaq. Subsidiyanın ödənişi faiz üzrə 3 il müddətini əhatə edəcək. Hər bir kreditin maksimal məbləği 5 mln. manatadək olacaq. Həmin kreditin maksimum müddəti 7 ilə qədər ola bilər. Kommersiya bankının təqdim etdiyi faiz maksimum 15% olacaq. 10% bəndin dövlət tərəfindən 3 il ərzində subsidiyalaşdırılması nəzərdə tutulur",- deyə Osman Xaliyev əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin