Ötən il 20 kişi ailəsi tərəfindən zorakılığa məruz qalıb

Hazırda oxunan: Ötən il 20 kişi ailəsi tərəfindən zorakılığa məruz qalıb

116590

Ötən il məişət zorakılığına məruz qalanlar arasında 20 nəfər kişi olub.

Bu barədə məlumat Bizim.Media-ya Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Məişət zorakılığının qarşısının alınması sektorundan verilib.

Məlumatda qeyd olunub ki, zorakılğa məruz qalanların cins bölgüsünə əsasən ötən il ərzində 20 kişi, 475 qadın, 81 uşaq zorakılığa məruz qalıb: 

“Zorakılığın xarakterinə görə 409 nəfər psixoloji, 304 nəfər fiziki zorakılığa, 17 nəfər iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi, 5 nəfər isə cinsi zorakılığa məruz qalıb”.

“Komitəyə daxil olmuş müraciətlərə əsasən 2022-ci il il ərzində məişət zorakılığına dair 544 fakt müəyyən edilib”, - deyə məlumatda əlavə olunub.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin