Ötən il ərzində məişət zorakılığına məruz qalan 158 qadına “Mühafizə orderi” verilib. Onlardan 12-si uzunmüddətli, 146-sı isə qısamüddətli “Mühafizə orderi” olub.
Bu barədə məlumatı Bizim.Media-nın sorğusuna cavab olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun müdiri Vəfa Ələkbərova verib.
O qeyd edib, Məişət zorakılığının qarşısının alınması haqqında Qanunun 10-cu maddəsinə əsasən zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderləri verilə bilər:
“Qısa müddətli “Mühafizə orderi” məişət zorakılığının təkrar törədilməsi, zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsini qadağan edir. Uzunmüddətli “Mühafizə orderi”ndə məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları; yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi və zərər çəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri daxildir.
Qısa müddətli “Mühafizə orderi” 30 gün müddətində, uzunmüddətli isə 30 gündən 180 gün müddətinə verilir”.
Qeyd edək ki, mühafizə orderlərinin icrasına Ədliyyə nazirliyinin icra idarəsi nəzarət edir.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 25.01.2023
158 qadın hökumətə müraciət etdi – Həyatları üçün TƏHLÜKƏ VAR
Hazırda oxunan: 158 qadın hökumətə müraciət etdi – Həyatları üçün TƏHLÜKƏ VAR
Hazırda oxunan: 158 qadın hökumətə müraciət etdi – Həyatları üçün TƏHLÜKƏ VAR
116577
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.