“Lökbatan qəsəbəsindən şəhərə və əks istiqamətə cəmi iki marşrut işləyir. Bunlar 125 və 206 nömrəli avtobuslardır. Lakin bu avtobusların xidməti bərbad gündədir”.
Bunu Bizim.Media-ya şikayətlənən Lökbatan qəsəbə sakini Cəmil Şirinov deyib.
O əlavə edib ki, 206 nömrəli avtobus çox köhnədir. Bu yaxınlarda avtobus karta keçib. Amma bunun da xeyri olmayıb. Hesab edin ki, Qaradag polis idarəsindən Salyan körpüsünə qədər olan 1 km-lik yolu avtobus 15-20 dəqiqəyə gəlir. Hər ticarət sırasının qabagında dayanır. Ordan da Şıxov yolu ilə Sədərəyə gedir. Səhər və axşam saatlarında vəziyyət bərbad günə düşür.
Sürücülərin davranışı da bərbaddır. Sərnişilərlə kobud danışırlar. Bu azmış kimi avtobuslar demək olar ki, hər gün yolda qalır, sıradan çıxır. Lökbatandan Sədərəyə bir neçə marşrut işləyir.
Ona görə də 206 nömrəli marşurutun Sədərəyə getməsinə ehtiyac qalmır. Amma bizi eşidən yoxdur. Üstəlik avtobuslar arasındakı interval 25-30 dəqiqədir. Bu da əlavə sıxlıq yaradır”.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Agentliyin şöbə müdiri Vüqar Məmmədov Bizim.Media-ya açıqlamasında şikayətin nəzarətə götürülüb araşdırılacağına söz verdi və əlavə etdi ki, bu barədə redaksiyamıza da əlavə məlumat veriləcək.
Ona görə də mövzunu diqqətdə saxlayırıq.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 25.01.2023
Lökbatan avtobuslarında MÜHARİBƏ MƏNZƏRƏSİ – Şikayəti BNA nəzarətə götürdü
Hazırda oxunan: Lökbatan avtobuslarında MÜHARİBƏ MƏNZƏRƏSİ – Şikayəti BNA nəzarətə götürdü
Hazırda oxunan: Lökbatan avtobuslarında MÜHARİBƏ MƏNZƏRƏSİ – Şikayəti BNA nəzarətə götürdü
116550
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.