Bakıda RƏZALƏT - Hotel və villa adı altında fəaliyyət göstərən ƏXLAQSIZLIQ YUVALARI – VİDEO 

Hazırda oxunan: Bakıda RƏZALƏT - Hotel və villa adı altında fəaliyyət göstərən ƏXLAQSIZLIQ YUVALARI – VİDEO 

116544

Azərbaycanda hələ də əxlaqsızlıq yuvaları gizli də olsa fəaliyyət göstərir. Onlardan bəziləri “hotel”, “masaj salonları”, “sağlamlıq mərkəzi”, bəziləri kirayə mənzillər adı altında çalışırlar. Cəmiyyəti narahat edən məsələlərdən biri də “Hotel” adı altında fəaliyyət göstərən əxlaqsız yuvalarıdır. Şəhərin müxtəlif ərazilərində belə məkanlar gizli şəkildə fəaliyyət göstərir. 

Sözügedən məsələ ilə bağlı Bizim.Media-nın redaksiyasına Hövsan yolunda yerləşən “Caspian Hotel” və “Qumuşun obyekti” adı altında fəaliyyət göstərən məkanlarla bağlı məlumat daxil olub. 

Türkan İctimai Baxışa Nəzarət Təşkilatının mətbuat katibi Vüqar Əmirov sözügedən məkanlardan birində çəkiliş edib. Saytımıza təqdim edilən videogörüntülərdən də məlum olur ki, sözügedən məkanlar qorxusuz-hürküsüz öz ticarətləri ilə məşğuldurlar. Vüqar Əmirovun sözlərinə görə Türkan-Hövsan yolunda yerləşən bu məkanlar əxlaqsız yuvası kimi 20 Yanvar faciəsinin növbəti ildönümündə də aktiv fəaliyyətdə olublar. 

Azərbaycanda ümummilli matəm günü qeyd olunarkən sözügedən əxlaqsızlıq yuvaları şəhidlərin ruhuna hörmətsizlik edərək çirkin əməllərinə ən azı hüzn günü fasilə verməyiblər. Vüqar Əmirov iddia edir ki, apardığı çəkilişlərin bir hissəsi 20 yanvar gününə təsadüf edir. 
Xatırladaq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə— iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Şəxsləri fahişəliyə məcbur etmə cinayət məsuliyyətinə səbəb olub on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə—iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Könüllü heç kimi cəlb etmədən fahişliklə məşğul olma isə cinayət məsuliyyəti yaratmır. Lakin belə şəxslər inzibati məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinə əsasən fahişəliklə məşğul olmağa görə -yüz manat məbləğində cərimə edilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirlikdən Bizim.Media-ya məsələ ilə bağlı araşdırmalara başlanıldığı bildirildi.

Bizim.Media həmin görüntüləri təqdim edir:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin