“O, ən yaxşı həkimdir”, yaxud “o, hər dərdə dava edən həkimdir”.
Vaxtilə peşəkar həkimlər haqqında deyilən bu kriteriyanı bu gün Zaur, Xoşqədəm, Elgiz kimi teleaparıcılar müəyyənləşdirir. Xeyr, bu aparıcıların tibb təhsili yoxdur, bəlkə də adi dərmanların adını belə tələffüz edə bilmirlər, heç onların jurnalistika peşəsindən də xəbərləri yoxdur. Çox yox, bir verilişə baxsanız hamınız bu qənətə gələcəksiniz ki, bu aparıcılar şou çıxarmaqdan başqa heç nə etmirlər.
Bizim.Media xəbər verir ki, demokrat.az-da mövzu ilə bağlı material yayımlanıb.
Yazını olduğu kimi təqdim edirik:
Bəs necə olur ki, nəinki tibdən, heç öz sahələrindən belə doğru-dürüst məlumatı olmayan bu şəxslər ictimai fikirdə ölkənin “ən yaxşı həkimi”, “tibb sahəsi üzrə ən peşəkar mütəxəssisi” müəyyələnləşdirirlər?
Cavab sadədir, Elgizin min hoqqadan çıxaraq reytinq topladığı səhər verilişi var, Xoşqədəm kadr arxasında düzəltdiyi “ayrılıq” hekayələrini gerçək kimi sırıyır, Zaur efirdə “gəlin-qaynana” “razborkası” aparır.
Nə hikmətdirsə, hətta Xoşqədəmlə Zaur bir-birinin bəhsinə uzun illər bağlı qalmış cinayət işini belə “açmağı” bacarırlar. Bu şoular hesabına kütləvi auditoriya əldə ediblər, ölkənin hər yerindən bu verilişlərə baxanlar var. Amma insanlar təkcə baxmır, həm də inanırlar.
Təəssüf ki, respublikanın ucqar bölgəsində yaşayan gözəl insanlarımız bu gün Xoşqədəmə, Zaura, Elgizə inandığı qədər heç kimə inanmır.
Əgər Zaur hansısa həkimi efirə çıxarıb, “bu respublikanın bir nömrəli həkimidir”, Xoşqədəm “bu həkim ən yaxşı ginokoloqdur”, Elgiz “Bu ən yaxşı göz həkimidir”, Tolik “bu ən yaxşı cərrahdır” və s. deyir, insanlarımız buna inanaraq, həmin həkimlərin qəbulunda növbəyə dururlar, amma bu, həmin həkimlərin öz sahələrinin ən yaxşı mütəxəssisi olduğu demək deyil. Sadəcə hər şey reklamdan ibarətdir.
Reklamların qiyməti də sözün gerçək mənasında dodaq uçuqladır.
- ATV telekanalında Zaur Baxşəliyevin “Bizimləsən” verilişində 16-18 min.
- ATV-nin “Nanəli” proqramında 9-12 min.
- ARB kanalında Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində 17-20 min.
- “Elgizlə İzlə” verilişində 8-9 min.
- Tolikin “Ümid ilə gəl” verilişində 5 min manatdan başlayan qiymətlər.
Bu rəqəmlər adıçəkilən verilişlərdə həkimlərim reklam qiymətləridir. Öz sahəsinin ən savadsız həkimi belə reklam üçün bu məbləğləri verə bilirsə, Zaur onu “dahi”, Xoşqədəm “mütəxəssis”, Elgiz “şəfa dağarcığı”, Nanə “peşəkar”, Tolik “hər dərdə dərman” kimi təqdim edəcək və insanlar öz sağlamlığını məhz reklam olunan bu həkimlərə tapşırırlar.
Reklam qiymətlərinin ortaya çıxmasından sonra artıq şübhə yeri qalmır ki, Zaur, Xoşqədəm, Elgiz, Tolik, Nanə kimilər xalqı maarifləndirmir, əksinə xalqın sağlamlığı üzərindən milyonlar qazanırlar. Hələ bu azmış kimi həyasızcasına özlərini xalqın dərdinə yanan kimi də sırıyırlar.
Artıq bu dələduzların xalqın, millətin sağlamlığı üzərindən pul qazanmaq əməllərinə müvafiq qurumlarımız son qoymalıdır. Əks halda problem daha böyük fəsadlara yol açacaq!
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:17 / 24.01.2023
“Şou dələduzluğu”: Xoşqədəm, Zaur, Elgiz, Toliklər xalqın sağlamlığından necə pul qazanırlar?
Hazırda oxunan: “Şou dələduzluğu”: Xoşqədəm, Zaur, Elgiz, Toliklər xalqın sağlamlığından necə pul qazanırlar?
Hazırda oxunan: “Şou dələduzluğu”: Xoşqədəm, Zaur, Elgiz, Toliklər xalqın sağlamlığından necə pul qazanırlar?
116455
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.