Yuxudan gözü açılmayan BÜRCLƏR – Kimlər günün yarısını yatmaqla keçirir?

Hazırda oxunan: Yuxudan gözü açılmayan BÜRCLƏR – Kimlər günün yarısını yatmaqla keçirir?

116444

Bəzi insanlar üçün yatdıqları saatlar günün ən gözəl vaxtlarıdır. Onlar hər fürsətdə “gözlərini aldatmağa” çalışır, gündüzlər tez oyanmağa nifrət edirlər. Yuxunu sevən insanlar az yatıb, gümrah oyananların bunu necə bacardıqlarını anlamırlar.

Bizim.Media yuxudan gözü açılmayan bürclərin siyahısını təqdim edir:

Buğa

Bu bürcün nümayəndələri yuxunu hər şeydən çox sevirlər. Bir saat daha artıq yatmaq üçün onlar bütün planlarını təxirə sala bilərlər. Lakin buğalar lazımi şərait olduqda rahat yatmağı bacarırlar. Bunun üçün onların qaranlıq otaq və yumşaq yatağa ehtiyacları var.

Xərçəng

Xərçənglər də yatağan bürclər siyahısındadır. “Daş kimi yatmaq” ifadəsi bu bürcün nümayəndələrinə tamamilə uyğundur. Buna rəğmən xərçənglər gördükləri yuxuları xatırlamaqda çətinlik çəkirlər. Eyni zamanda onlar nə qədər çox yatsalar belə yuxusuz olduqlarından gileylənməyə davam edirlər. Xərçənglərin yuxu ilə bağlı ən ciddi problemi isə səyahət vaxtı yata bilməmələridir.

Tərəzi

Bu bürcün nümayəndələri ən asanlıqla yuxu gedən insanlardır. Hər şeyin planlı olmasını sevən tərəzilər üçün yuxu vaxtı da mühüm əhəmiyyət kəsb edir. Əgər onlar, nadir hallarda da olsa, gecə az yatırlarsa, ertəsi gün bunun əvəzini artıqlaması ilə çıxırlar. Onlar üçün gecə yuxusunun önəmi çox böyükdür.

Oxatan

Əksər astroloqlara görə ən yatağan bürc oxatandır. Onlar mümkün olduğu qədər tez yatıb, gec oyanmağı sevirlər. Macərapərəst olmaları ilə fərqlənən oxatanlar bəzən yuxu vaxtını ertələyə bilirlər. Lakin fürsət düşən kimi yatağa qaçmaqdan onları heç nə saxlaya bilməz. Adətən pozitiv yuxular görən oxatanların bu xüsusiyyəti onlara səhərlər xoşbəxt oyanmaq imkanı yaradır.

Oğlaq

Bu bürcün nümayəndələri üçün yatmaq gündəlik yerinə yetirilməli olan vəzifədir. Geniş xəyal dünyası olan oğlaqların yuxuları da həyəcanlı və əyləncəli olur. Yuxuları ağır olsa da, oğlaqlar gecələr tez-tez oyana bilirlər. Eyni zamanda bu bürün nümayəndələri başlarını yastığa qoyan kimi yuxuya getməyi bacarırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin