Azərbaycan Respublikasının Konstitusiyasının 106-cı maddəsində "Ümumxalq hüzn günü" kimi qeyd olunan 20 yanvar faciəsinin bu gün 26-ci ildönümü qeyd olunur.
20 Yanvar - müstəqilliyımizin və ərazi bütövlüyümüzün uğrunda şəhidlərimizin xatirəsi naminə öz sözünü deyib artıq. Qan Yaddaşımız olan 20 yanvar tariximizə faciə və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Hər il 20 Yanvara bir həftə qalmış hər bir azərbaycanlı ailəsinə qəm və qüssə çökür. Hər bir şəhid ailəsi öz şəhidlərilə qürur və iftixar hissi duyur.
Ümumilli Lider Heydər Əliyev deyirdi: "Bu təcavüz xalqımızı mənəvi sarsıntılara, itkilərə məruz qoydu, amma təcavuz olaraq o xalqın mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi."
Azərbaycan Respublikası erməni terrorizmi ilə üzləşmişdir. Azərbaycanın tarixi torpaqları üzərində "təsis etdirilmiş" Ermənistan dövləti ərazisində yaşayan azərbaycanlılar 1980-ci ilin sonlarından etibarən sürgün edilmiş, Qarabağ və Naxçıvana silahlı hücumlar başlanmışdır. Ermənistanın apardığı məkrli siyasət nəticəsində Naxçıvanı Azərbaycanın digər ərazilərini birləşdirən dəmiryol xətti və hətta avtomobil yolu da bağlanmışdır. Naxçıvan Azərbaycandan təcrid olunaraq blokada şəraitində məcburiyyət qarşısında qaldı. Naxçıvanın taleyüklü problemlərinə laqeyd münasibət daha da çətinliklər törətdi. Belə ağır şəraitdə mərdlik, şücaət və fədakarlıq nümayiş etdirən naxçıvanlılar Heydər Əliyev cənablarının ətrafında yumruq kimi sıx birləşərək müdafiə olunmuş və qədim diyarımız - Naxçıvan erməni işğalından azad olunmuş, onun muxtariyyət statusu qorunub saxlanılmışdır.
20 yanvar, həm də İstiqlal yolumuzun ilk zirvəsi oldu. Azərbaycan istiqlala doğru addim atdi o zaman. Bu tarix həm şərəfli, həm əlçatmazdır. O faciəli günlərdə Azərbaycan xalqının ən böyük həqiqəti o oldu ki, xalq Heydər Əliyevə - ehtiyac duydu. Onun yoxluğunu Azərbaycan xalqı dərk etdi. O faciəli gecədə xalqının səsinə hər kəsdən əvvəl səs vərən də Heydər Əliyev oldu.
Bu gün Bakı şəhərində şəhidlərin xatirəsinə ucaldılan Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə çevrilib. Şəhidlik elə uca zirvədir ki , o hər kəsə nəsib ola bilməz. Vətən və torpaq şəhidləriylə ucalır. Bu günü biz, gənc nəsil olaraq bu tarixi - 20 Yanvarı öz söz qələmimizlə dünyaya tanıtdırırıq. Tanıtdırırıq kı, dünya Azərbaycan tarixinin olduğunu dərk etsın. Bu bir subutdur ki, o Tarix ki - Qanli Tarixdirsə, əsrlər boyu dəyişməz qalacaq. Bu gün Azərbaycanın hər bir bölgəsində şəhidlərin xatirəsinə ucaldılan xiyabana gedərkən içimizdə bir titrəyiş duyur, alnımızda isə qürur hiss edirik.
İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər...
Gülər Elmanqızı.
Naxçıvan Dövlət Statistıka Komıtəsi, məsləhətçi,




























































































