Göyçayda həbs edilən vəzifəli şəxslər MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Göyçayda həbs edilən vəzifəli şəxslər MƏHKƏMƏ QARŞISINDA

116408

Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi, hazırda ev dustaqlığında olan Rəşad Şükürov və sabiq icra başçısının köməkçisi Vahid İsayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçıları çıxış üçün vaxt istəyib.

Növbəti proseslər fevralın 6-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

Onların barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunsa da, həmin şəxslər sonradan ev dustaqlığına buraxılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin