Azərbaycanın olimpiya çempionu həbs edildi

Hazırda oxunan: Azərbaycanın olimpiya çempionu həbs edildi

116396

Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya mükafatçısı Elman Muxtarov həbs edilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin həyat üçün təhlükəli olmayan zor tətbiq etmək və qəsdən sağlamlığa yüngül zərər vurma maddələri ittiham irəli sürülüb.

İstintaq materialında qeyd edilib ki, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Günay Əliyevanın (ad, soyadı şərti) həyat yoldaşı Zamiq Əliyevin (ad, soyadı şərti) üz nahiyyəsinə bıçaqla xəsarət yetirib.
Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da Z.Əliyevin oğlu Dadaş Əliyevi (ad, soyadı şərtidir) yaşadığı binanın qarşısında izləyib.

D.Əliyev evə daxil olan zaman Elman da mənzilə soxulub. Bu zaman Z.Əliyev də evdə olub. İttiham aktına görə, evə basqın edən idmançı Z.Əliyevə yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərəçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.

E.Muxtarov istintaq zamanı özünü təqsirli bilməyib. Onun sözlərinə görə, uzun müddətdir ki, G.Əliyeva ilə yaxın münasibətdə olub, tez-tez onunla görüşüb.

O ifadəsində deyib ki, Z.Əliyev ona qarşı nalayiq ifadələr işlətdiyi üçün kişini yaxınlıqda işlədiyi bazarda tutaraq bıçaqla vurub. Bildirib ki, bir müddət sonra Günayla parkda görüşən E.Muxtarov qadının mobil telefonunu lombarda girov qoyaraq pul götürüb. Həmin pulu isə mərc oyununda uduzub.
Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub.

2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin