Manyakla görüşə hazır olun! – Psixoloqdan uşaqlar üçün MƏSLƏHƏT

Hazırda oxunan: Manyakla görüşə hazır olun! – Psixoloqdan uşaqlar üçün MƏSLƏHƏT

116381

Ötən günlərdə paytaxt küçələrində azyaşlı uşaqlara qarşı qısnama, psixoloji atak tipində hadisələri əks etdirən görüntülər yayıldı. Daxili İşlər Nazirliyi də məsləyə çevik reaksiya verərək bir neçə gün bundan əvvəl bu cür şəxslərdən birini saxlayaraq haqqında qanun çərçivəsində ölçü götürüb. 

Azyaşlılara qarşı bu cür hallar cəmiyyətin müxtəlif təbəqələrində, ələlxüsus da valideynlərdə ciddi narahatlıq doğurur.

Nəzərə alsaq ki, qaçaqaçlı həyatımızda valideynlərin daim uşaqların yanında olmaq və ya onlara nəzarət etmək imkanları olmur, bu zaman uşaqların özümümüdafiə üçün nələri bilməsi lazımdır? 
Mövzu ilə bağlı Bizim.Media-nın həmsöhbəti uşaq psixoloqu Vüsalə Əmiraslanova olub.

Müsahibimiz bildirib ki, bu barədə uşaqlarla profilaktik söhbətlər aparılması əhəmiyyətli olsa da, onları qorxutmaq lazım deyil: 

“Valideynlərlə yanaşı həm məktəb psixoloqları, həm də sinif rəhbərləri uşaqlarla bu barədə danışmalıdırlar. Lakin uşaqları qorxutmaq olmaz. Çünki, beynində qorxu yaranan uşaq isə hamıdan çəkinməyə başlayır.

Mən bir psixoloq kimi həmişə valideynlərə məsləhət görürəm ki, uşaqlarımızı bir az gözüaçıq böyüdək. Məsələn, qız uşaqlarına izah edirik ki, çalış müəlliminin yanında ol, komandadan kənarda qalma. Yad insanlar səndən kömək istəsə, hansısa istiqamətdə izləməyini desə, yol göstərməyini istəsə və s. “valideynim icazə vermir” deyib uzaqlaş və s.

Bunu uşağa izah edərkən elə hədd seçməliyik ki, o hamıdan qorxmasın, sadəcə başa düşsün ki, çöldə yaxşı insanlar da var, pis insanlar da. Yəni uşaq düşmənlərlə əhatə olunduğunu düşünüb hamıdan çəkinməməlidir”. 

Psixoloq bu cür söhbətlərin yaşa görə dəyişdiyinə də diqqət çəkib: 

“Uşaqlarla bu cür söhbətləri ibtidai sinifdən sonra etmək daha məqsədəuyğundur. Ona görə də ibtidai sinifdə oxuyan uşaqlar evdən çölə çıxanda valideyn, nənə-baba və ya baxıcının nəzarəti altında olmalıdır. İbtidai sinifdən sonra isə uşağa sərbəstlik verilir.
Bu zaman uşağın diqqəti və dərketmə qabiliyyəti artdığına görə, ona müəyyən şeyləri izah etmək olar. Amma bunu da hər gün-hər gün deyərək psixologiyasını korlamaq olmaz. Sadəcə 10-20 gündən bir belə söhbət edib, profilaktik tədbir görmək lazımdır”. 

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin