TƏBİB öz-özünü təkzib etdi: Maska qaydası qüvvədədir

Hazırda oxunan: TƏBİB öz-özünü təkzib etdi: Maska qaydası qüvvədədir

11638

Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz” fikrim sosial şəbəkələrdə haqlı olaraq müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz” - TƏBİB-dən rəsmi açıqlama


Nəzrin Mustafayeva qeyd edib ki, həkim-İnfeksionist olaraq tibbi cəhətdən bildirib ki, tək gəzərkən insanın virusa yoluxma ehtimalı yoxdur:

"Amma gəlin razılaşaq ki, tək gəzdiyiniz zaman da hansısa yaxınımızla qarşılaşa və ünsiyyətdə ola bilərik.

Odur ki, inzibati qayda tətbiq edilərkən bu və ya digər həyatın bütün situasiyalarını əhatə etmək mümkün olmur. Bu səbəbdən vahid qərar verilir.

Təsadüfi deyil ki, ictimaiyyətin hər bir üzvü tərəfindən virusla mübarizə çərçivəsində tətbiq edilən qərarlara riayət olunması nəticəsində virusun kəskin azalması müşahidə edilib Bu mənada mənim bildirdiyim fikir yalnız tibbi mülahizədir və TƏBİB-in rəsmi mövqeyi deyil".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin