Bəzi sosial şəbəkə və media səhifələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Nefçala rayon prokurorluğunun keçirdikləri birgə əməliyyat nəticəsində Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyevin saxlanılması barədə dəqiqləşdirilməmiş məlumatlar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, qeyd olunan faktla bağlı 21.10.2022-ci il tarixdə Neftçala rayon prokurorluğu tərəfindən rayon bələdiyyəsində baş vermiş qanunsuzluqlara dair cinayət işinin başlanması barədə məlumat yayılıb.
Bildirilib ki, Cinayət işi üzrə toplanmış sübutlar əsasında sabiq bələdiyyə sədri Rövşən Quliyev 23.01.2023-cü il tarixdə Cinayət Məcəlləsinin 179.3.2 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda mənimsəmə), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və digər maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:02 / 24.01.2023
Neftçalada külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi başlandı
Hazırda oxunan: Neftçalada külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi başlandı
Hazırda oxunan: Neftçalada külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi başlandı
116342
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.