anvarın 13-dən etibarən Mərkəzi Bankın İdarə Heyətinin təsdiqlədiyi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”x9dna əsasən “exchange”x9dlər bağlanıb. Bu qərardan sonra bütün banklar filial və şöbələrindən kənarda fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrini bağladı.
Bu addımın atılmasında səbəb ölkədə dolların süni şəkildə bahalaşmasının qarşısını almaq idi. Çünki “exchange”x9dlər dollar kursunu öz istədikləri şəkildə müəyyən edə bilirdi. Bu səbəbdən idi ki, bir neçə gün əvvəl dolların valyuta dəyişmə məntəqələrində satış qiyməti 1.90 manatadək yüksəlmişdi. Yanvarın 8-də Mərkəzi Bankın xəbərdarlığından sonra dolların satışı 1.62 manat təşkil etdi. Bununla da dolların satış qiyməti Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən yalnız 4 faiz baha ola bilər.xa0
“Exchange”x9dlər bağlandıqdan sonra banklar qarşısında növbələr yaranıb. Bir çox iri banklar dollar satışından imtina etdiyi üçün dollar satışı həyata keçirən “Kapitalbank”x9d, “Azər Türk Bank”x9d kimi bankların qarşısında növbələr yaranıb.
Banklarda dolların satış qiyməti 1.62-1.63 manat arasında dəyişir. Limit isə 1000 manatdır.
“Qara bazar”x9d isə yenə də öz fəaliyyətindən qalmır. Hazırda daha çox bağlanan valyutadəyişmə məntəqələrinin olduğu yerlərdə əldə dollar satan alverçiləri görmək mümkündür. Onlar dolları 1.70 manatdan alıcılara təklif edirlər.
Dollar alverçiləri əsasən 28 May küçəsində, “Neftçilər”x9d metrostansiyasının çıxışında və Sədərək ticarət mərkəzində olurlar.
Bəzi dollar alverçiləri isə bağlanan “exchange”x9dləri açaraq öz fəaliyyətlərini davam etdirilər. Bunu gizli şəkildə edənlər də var. Məsələn, 28 May küçəsində qapılarını yarıya qədər açan dollar alverçiləri alış-satış həyata keçirirlər. Onlar əsasən daimi müştəriləri ilə işləməyə çalışırlar.xa0
Bəzi dollar alverçiləri isə “exchange”x9din qapılarının müştərilərin üzünə taybatay açıb. Məsələn, “Neftçilər”x9ddə yerləşən əvvəllər “Kredit Yunayet Bank”x9da məxsus filial indi işləyir. Lakin bankın adı lentlə bağlanıb. Bu filialda dolların satış qiyməti 1.70 manatdır. Alış qiyməti isə 1.60 manatdır.
Xatırladaq ki, dekabrın 21-dəki devalvasiyadan sonra ölkədə qanunsuz olaraq dollar satışı ilə məşğul olan bir neçə şəxs saxlanılıb.(musavat.com)





























































































