Elmi-Tədqiqat İnstitutunda mənimsəməyə görə cinayət işi başlandı

Hazırda oxunan: Elmi-Tədqiqat İnstitutunda mənimsəməyə görə cinayət işi başlandı

116229

Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda baş verən qanunsuzluqlarla bağlı şəhər prokurorluğunda araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gəncə şəhər prokurorluğu yayıb. 

Araşdırma zamanı qeyd edilən institutda bəzi işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı, mükafat və ezamiyyə xərclərinin ödənilməsi yolu ilə büdcə vəsaitlərinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin