Qarabağ səmasına öz PUA-larımız nəzarət edəcək – Yeni cihazlarımız Azərbaycan dilində “DANIŞACAQ”  

Hazırda oxunan: Qarabağ səmasına öz PUA-larımız nəzarət edəcək – Yeni cihazlarımız Azərbaycan dilində “DANIŞACAQ”  

116221

Azərbaycanda yaradılan pilotsuz uçuş aparatları işğaldan azad olunan torpaqlarda müşahidə aparacaq.

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin İdarəetmə Sistemləri İnstitutu müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının idarəetmə sistemlərini hazırlayıb. 

Bizim.Media xəbər verir ki, institut alimləri tərəfindən pilotsuz uçuş aparatlarının idarəetmə sistemi və həmin sistemi yerinə yetirən bort-kompüter yaradılıb.

Pilotsuz uçuş aparatları vasitəsi ilə azad edilmiş ərazilərdə müşahidələrin aparılması və xəritələrin çəkilməsinin həyata keçirilməsi planlaşdırılır.

Bundan başqa, İdarəetmə Sistemləri İnstitutunda “Çağrı mərkəzləri üçün intellektual məlumat-sorğu sisteminin yaradılması” layihəsi həyata keçirilib. Mürəkkəb və çətin formalizasiya olunan məsələlərin həllində önəmli rol oynayan təbii dillərin emalı və Azərbaycan dili əsasında hazırlanan və bir neçə çağrı mərkəzində təcrübi sınaqdan keçmə mərhələsində olan robot operator kimi tətbiqi əhəmiyyətə malik mühüm tədqiqatlar həyata keçirilib.
Az rəqəmsal resurslu dillər üçün süni intellektə əsaslanan təbii dil texnologiyaları əsasında Azərbaycan dilinin tanınması, başa düşülməsi və sintez məsələsinin həlli, müvafiq sahələrdə, o cümlədən robot çağrı mərkəzlərində, təhsildə (robot-repetitor, virtual təhsil) və s. tətbiqi planlaşdırılır.

Aygün İbrahimli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin