Bu il Həcc ziyarətinə sənəd qəbulu hələ başlamasa da, hazırda Ümrə ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu həyata keçirilir.
Qafqaz Müəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda QMİ xətti ilə Səudiyyə Ərəbistanına gedən 17 nəfər Ümrə ziyarətini yerinə yetirir.
İdarə rəsmisi qeyd edib ki, Ümrə ziyarətinin qiyməti 1240 dollardır:
“Ümrə ziyarətinə növbəti ziyarət fevralın 20-dən 27-dək baş tutacaq”.
Qeyd edək ki, Həcc ziyarətinin təşkilini yalnız QMİ həyata keçirsə də Səudiyyə Ərəbistanına Ümrə ziyarətini başqa şirkətlər də təşkil edir.
Aygün İbrahimli, Bizim.Media