“Azərbaycanda idarəetmənin ciddi və əsaslı təkmilləşdirilməsinə ehtiyac var''.
Bizim.Media-nın məlumatına görə, bunu millət vəkili Razi Nurullayev parlamentdə çıxışında deyib.
MÖVZU İLƏ BAĞLI:
''Əmək haqlarının qalxması ərzağın qiymətinin artımından xeyli aşağıdır'' - Fazil Mustafa
O bildirib ki, talançılığın, özbaşınalığın, özündənrazılığın, kreslosunu xalqın sərvətini dağıtmağa, oğurlamağa açar hesab edənlərin sayı azalmır və davranışlarında dəyişiklik azdır:
“Belə bir məqamda Prezidentin verdiyi sərəncamların, yaratdığı qurumların sayı da çoxalır. Say çoxalır, nəticə isə zəif. Onun üçün də gecikmədən siyasi idarəetmə mexanizminin əsaslı dəyişdirilməsi üçün zərurət var. Xalq dayanmadan qapımızı döyür”.
Bizim.Media