Çardaxdan yıxılan 59 yaşlı Zaqatala sakini xəstəxanalıq oldu 

Hazırda oxunan: Çardaxdan yıxılan 59 yaşlı Zaqatala sakini xəstəxanalıq oldu 

116191

Zaqatalada yaşlı kişi tövlənin çardağından yıxılıb. Ağır xəsarətlərlə rayon mərkəzi xəstəxanasına çatdırılan 59 yaşlı kişinin dalağını çıxarıblar.

Bu barədə Bizim.Media-nın yeri bürosuna Zaqatala rayon mərkəzi xəstəxanasından məlumat verilib. Bildirilir ki, hadisə rayonun Qımır kəndində baş verib.

Belə ki, kənd sakini, Həsrət Atayev yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından yıxılaraq ağır xəsarət alıb.

Hadisədən sonra yaxınları yaşlı kişini mərkəzi xəstəxanaya çatdırıb. Həkimlər ilkin müayinədən sonra Həsrət Atayevin üzərində cərrahiyyə əməliyyatı apararaq onun dalağını çıxarıblar.
Hazırda Həsrət Atayevin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin